Masallıdan olan general vəzifəsindən azad olundu

Masallıdan olan general vəzifəsindən azad olundu
  • Araşdırma / Siyasət

  • Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi General-mayor Çingiz Kiçikbəyov vəzifəsindən azad olunub.

    Asiya.az xəbər verir ki, Kiçikbəyov Çingiz Böyükağa oğlu Masallı rayonu Tatyanoba kəndindəndir.

    O, bu vəzifəyə 2021-ci ilin dekabr ayında təyinat almışdı. Sonuncu təyinata kimi Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala, Quba rayon şöbələrinin rəisi, Bakı şəhəri Sabunçu və Suraxanı rayon idarə rəisi, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin Suraxanı rayon idarəsinin rəisi vəzifələrində çalışıb. Qüsürsuz xidmətlərinə görə dəfələrlə medal və fəxri fərmanlarla təltif olunub.

    General-mayor Çingiz Kiçikbəyovla yanaşı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar Baş İdarə rəisi general-mayor Azad Əliyev də vəzifəsindən azad edilib. 
    Hər iki general sərəncama götürülüb.

    Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov sorğumuza cavab olaraq bildirib ki, müvafiq sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 5 Baş İdarəsinin rəisləri tutduqları vəzifədən azad olunub və hazırda Xidmət rəisinin sərəncamına götürülüb. 

    Qeyd edək ki, həmin Baş İdarələr ləğv olunmayıb.//Asiya.az 
    PAYLAŞ:

    Oxşar xəbərlər