Qəzada ölən polis məşhur həkimin oğlu imiş

Qəzada ölən polis məşhur həkimin oğlu imiş
  • Hadisə

  • Mayın 5-də saat 23 radələrində Tovuz şəhəri ərazisində "Porsche" markalı avtomobilin iştirakı ilə baş verən qəza zamanı ölən şəxsin məşhur həkimin oğlu olduğu müəyyənləşib.

    BakiPost.az-ın əldə etdiyi məlumata görə, qəza nəticəsində ölən sürücü, polis əməkdaşı Zakir Qəhrəmanov "Nərgiz” klinikasının baş həkimi Məlahət Qəhrəmanovanın oğludur.

    Bildirilir ki, onun 3 mərasimi mayın 8-də Heydər məscidində olacaq.

    Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Zakir Qəhrəmanov idarə etdiyi "Porsche" markalı avtomobili yolun kənarındakı daş hasara vurub. Hadisə nəticəsində Zakir Qəhrəmanov və sərnişinləri Nurlan Hüseynov, Azad Fətullayev xəstəxanaya yerləşdiriliblər.

    Sürücü orada ölüb, digərlərinin vəziyyətləri orta-ağırdır. Tovuz RPŞ araşdırma aparır.
    PAYLAŞ:

    Oxşar xəbərlər