Masallıda ahıllarla görüş keçirildi - FOTOLAR

Masallıda ahıllarla görüş keçirildi - FOTOLAR
  • Masallı / Sosial

  • Masallı Rayon İcra Hakimiyyəti və Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-ci il tarixli, 4059 nörməli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planı”nın 8.4.7-ci bəndinin icrası çərçivəsində ahıl şəxslərin cəmiyyətin sosial-iqtisadi həyatında fəal iştirakının təmin edilməsi məqsədilə bir qrup ahıllarla görüş keçirilib.

    Asiya.az xəbər verir ki, tədbiri açan Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov rayon ərazisində yaşayan ahılların sosial-iqtisadi həyatında fəal iştirakının təmin edilməsi, ictimai faydalı fəaliyyətə cəlb edilməsi, onların bilik və bacarıqlarından məqsədyönlü istifadə olunması, asudə vaxtlarının səmərəli təşkili ilə bağlı layihələrin həyata keçirilməsi istiqamətində işlərin görüldüyü və il ərzində də davam etdirilməsinin nəzərdə tutulduğunu bildirmişdir.
    Sonra Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının Baş mütəxəssisi Nərmin Məmmədova tədbirin təşkilinə göstərilən köməkliyə görə rayon rəhbərinə və əməyi keçən hər kəsə təşəkkürünü bildirərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialı tərəfindən Masallı şəhəri və onun inzibati ərazilərində 11 sosial xidmətçi tərəfindən 40 ahıl və 20 əlilliyi olan şəxslərə evlərində səyyar sosial məişət xidməti göstərildiyini qeyd etdi.
    Daha sonra “Masallı Ziyalıları” İctimai Birliyinin sədri, Qardaş Fətullayev də öz növbəsində səmimi görüşə görə rayon rəhbərinə təşəkürünü bildirmiş, ahıl kimi diqqətdə saxlanıldıqlarını, rayon tədbirlərinə dəvət edildiklərini  nəzərə çatdırmışdır.

    Tədbirin yekununda ahıllar daim qayğı ilə əhatəyə, ictimai faydalı fəaliyyətə cəlb edildikləri üçün Ölkə Başçısı Cənab İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və digər qurumların əməkdaşlarına minnətdarlıqlarını iafdə etdilər.
    Sonda ahıllarla xatirə şəkilləri çəkdirildi.





    PAYLAŞ:

    Oxşar xəbərlər