Artıq çəki 7 növ xərçəngə səbəb ola bilir – Qastroenteroloq

Artıq çəki 7 növ xərçəngə səbəb ola bilir – Qastroenteroloq
  • Maraqlı

  • Xərçəngin bir neçə növü var ki, onlara yağlı xərçəng deyilr, çünki əsas səbəbi artıq çəkidir.

    “Medicina” xəbər verir ki, qastroenteroloq Sergey Vyalov “yağlı xərçəngin” növlərini sadalayıb.
     
    “- Süd vəzi xərçəngi – qadınlarda piylənmə estrogenlərin hasilini və bədəndə toplanmasını artırır ki, bu proses süd vəzi xərçənginin səbəbidir.
     
    – Böyrək xərçəngi – daxili yağlanma bədəndə insulin, kortizol və digər hormonların miqdarını artırır ki, onlar böyrək xərçənginə gətirib çıxarır.
     
    – Uşaqlıq, yumurtalıq xərçəngi – artıq çəkili qadınlarda hiperplaziya çox olur
     
    – Qida borusu və mədə xərçəngi – qida borusunun tonmusu azaldığı üçün.

    – Artıq çəki yoğun bağırsaq, öd kisəsi, mədəaltı vəzin də şişlərinə səbəb ola bilər.
     
    Artıq çəki ilə yanaşı bu əlamətlər varsa, şübhələnin:

    – Zəiflik, yorğunluq, dincəlmədən sonra da keçmir
    – Yesəniz də arıqlama, iştahsızlıq
    – Sidik və nəcisdə dəyişiklik

    – Qarın və müxtəlif nahiyədə ağrılar
    – Nəcisdə, sidikdə qan”
    PAYLAŞ:

    Oxşar xəbərlər