Prezident İnam Kərimova daha bir vəzifə verdi

Prezident İnam Kərimova daha bir vəzifə verdi
  • Siyasət, Manşet

  • Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2008-ci il 6 mart tarixli 2708 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, dəyişikliyə əsasən, sərəncamın 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:

    "Komissiyanın həmsədri

    Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

    Komissiyanın üzvləri

    Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
    Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
    Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
    Azərbaycan Respublikası energetika nazirinin müavini
    Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
    Azərbaycan Respublikası təhsil nazirinin müavini
    Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
    Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
    Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
    Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri”.

    Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Bolqarıstan tərəfinə bildiriş göndərmək tapşırılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər