Asiya.az xəbər verir ki, konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Autizm təşkilatlarının nümayəndələri iştirak edib.
Konfransda TDAF-ın prezidenti Elnur Məmmədli hesabatla çıxış edib və digər ölkələrin nümayəndələri fəaliyyətləri barədə qısa məlumat veriblər.
Konfransın gündəliyində Rusiya Federasiyasının Tatarıstan Respublikası və Türkmənistan Autizm təşkilatlarının TDAF - a üzv seçilməsi, prespektivdə olan işlər barəsində, hesabatlar, qarşılıqlı fəaliyyət protokolunun imzalanması və seçki məsələsi öz həllini tapıb
Milli Məclisin deputatı Vüqar İskəndərov yekdilliklə Türk Dövlətləri Autizm Federasiyasının fəxri prezidenti seçilib.
1-2 may tarixlərində təşkilatın beynəlxalq sərgisi və konfransı keçiriləcəkdir.