GDU-da özbaşınalıqlar bitmir

GDU-da özbaşınalıqlar bitmir
  • İqtisadiyyat / Araşdırma

  • Gəncə Dövlət Universitetindən nə qədər şikayət olunsa da, əlaqədar qurumlar  heç bir tədbir görmədiyinə görə rektor Yusif Yusibovun  özbaşınalığı pik həddə çatıb. Rektorun bu özbaşınalığının  arxasında Mikayıl  Cabbarov, Ceyhun Bayramov və Samir Şərifov üçlüyü dayanır. Ona görə ki, rektorun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyinin aparat rəhbəridir. Rektor o qədər çoxbilmişdir ki, beş il tamam olmamış qardaşının hesabına Maliyyə Nazirliyinin Yoxlama Komissiyasını  gətirib öz korrupsiya əməllərini qanuniləşdirir. 
        
    Artıq rektor ölkə  Prezidenti İlham Əliyevin siyasətinin əleyhinə getməyə başlayıb. Ölkə Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında işçilərin iş saatı və iş günləri haqqında danışmışdır. Lakin rektor işçiləri şənbə və bazar günləri də işə gəlməyə məcbur edir, həmin günlər işə gəlməyən əməkdaşları yoxlatdırıb maaşlarını kəsdirir. Universitetin əməkdaşlarının maaşı ən aşağı səviyyədədir.     Gəncə Dövlət Unversitetinin tələbələrinin sayı Gəncədəki digər universitetlərin tələbələrindən çoxdur. Buna baxmayaraq Gəncədəki digər universitetlərdə olan əmək haqqı GDU-dan qat-qat çoxdur. Alt qruplarda yığılan milyonlarla pulun hara getdiyi naməlumdur.  Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir, universitetdə adi dəftərxana ləvazimatları, kağız, marker belə verilmir, bu məqsədlə ayrılan pullar mənimsənilir.  Dərslərdə markeri tələbələr pul yığıb özləri alırlar. Universitetin keçirdiyi tenderlər qanuni şəkildə yoxlansa bu universitetin respublikada ən böyük korrupsiya yuvası olduğu aşkar olunar. 
        
    Müəllimlərin maaşları artırılmır, universitetdə heç kim öz işi ilə məşğul deyil. Hərə əlinə bir siyahı alıb yoxlama aparır, bir dərsdə beş altı dəfə müxtəlif adamlar girib yoxlama aparır, tədris prosesi tam iflic vəziyyətindədir. 
        
    Təsəvvür edin ki, professorun dərsinin keyfiyyətini, onun sənədlərini 7000-10000 manat civarında rüşvət müqabilində işə təzə götürülmüş uşaqlar yoxlayır. 
        
    75 yaşlı, işə çətinliklə gələn prorektor Gülsüm Fətəliyeva  dərsin ortasında dərsə girir, əlindəki siyahı üzrə höcələyə-höcələyə adları oxuyub tələbələri adbaad yoxlayır. Dərsin də bütün vaxtı gedir. Görəsən qrup nümayəndəsi, tyutor, dekan müavini nə üçündür?
         
    Rektor qorxur ki, birdən prorektor Şahin Xurşudov və dekanlar ondan xəlvət tələbələri aylığa buraxar, pul məsələsində rektoru aldadarlar. Ona görə qoca prorektoru göndərib təkrar-təkrar  yoxlatdırır ki, onu haqq-hesabda aldatmasınlar.  Rektorun qəbul saatı yoxdur, heç bir əməkdaş rektoru görə bilmir, çünki əməkdaşları qəbul etmir. Kabinetdən çölə çıxmır. 
        
    Universitetdə işləyən erməni əsilli vətəndaşlara yüksək maaş və xüsusi qayğı göstərilir. Bu erməni qardaşlardan biri Vasif  Həsənov hələ də universitetdə at oynadır, prorektorları belə saymır. Digər qardaşı isə Bərdə rayonunda qeyri-hökumət təşkilatlarının birində yüksək vəzifədə işləyir, amma buna baxmayaraq adı Gəncə Dövlət Universitetində  də  gedir, buradan da maaşını alır. Amma bu heç vaxt işə gəlməsə də tam maaşını verən Yusif Yusibov  laborantların 270-300 manatına göz dikir, onların beş-altı dəqiqə işə geçikmək dəqiqələrini sayır. Universitetdə özü Rusiyada olub, burada texniki işçi və ya müəllim işləyən şəxslər onlarladır. Görəsən rektor Yusif Yusibovda bu erməni sevgisi hardandır???
        
    Universitet daha bir ilkə də imza atıb. Universitetin saytına baxanda məlum olur ki, 15 il bundan qabaq rəhmətə gedən universitet əməkdaşları hal-hazırda elmi iş aparır, hətta uğurlu elmi nəticəər əldə ediblər. Fəxrəddin Süleymanov, Cəlal Zeynalov, Nurəddin Əliyev, Mayıl Mustafayev, Maya Rəhimova 10-15 il bundan qabaq rəhmətə gediblər. Amma onlar Yusif Yusibovun qabaqçıl iş təcrübəsi nəticəsində dirilib gəlib universitetin elmi-tədqiqat işlərinə sanballı töhfələr verirlər.  http://rif.gdu.edu.az/?page_id=358   Lingə baxın, hər şey oradan  açıq-aydın görünür. İqtisadiyyat fakültəsinin saytı bərbad gündədir, rəhmətə gedən adamlar burada da elmi iş aparır, Menecment və turizm kafedrasında isə kafedra, onun əməkdaşları haqqında məlumat belə yoxdur. http://iif.gdu.edu.az/?page_id=4951    Filologiya fakültəsinin bəzi  kafedralarında da vəziyyət belədir, müəllimlər haqqında heç bir məlumat yoxdur. http://filologiya.gdu.edu.az/?page_id=226   Bu sayta ümumi nəzarəti erməni qardaşlar və Təhsildə Keyfiyyətin Təminatı şöbəsinin müdiri, sabiq icra başçısı Elmar Vəliyevin yaxın qohumu İsmayıl İsmayılov həyata keçirir. Bunların özlərini gördüyü işin səviyyəsi budur, amma bunlar da gəlib kollektiv üzvlərində nöqsan axtarır, dərsə davamiyyəti yoxlayır, imtahanları bunlar götürür. Dərsi deyən müəllim qalır kənarda, bütün imtahanları  "hərşeyşünas" İsmayıl İsmayılov götürür. 
        
    O qədər çatışmamazlıq var ki, bilmirsən hansından yazasan... Tədbir görən də yoxdur... Artıq siqnal yox, vaqon siqnalı çalırıq ki, bəlkə eşidib tədbir görələr... Əmiralı müəllimin şirkəti isə Leonid İliç Brejnev demişkən "şiroko şaqaet" yəni, iri addımlarla irəliləyir...
    Hörmətlə, Gəncə Dövlət Universitetinin bir qrup müəllimi.

    Asiya.az xəbər portalı məqalədə dərc edilən ittihamlara görə məsuliyyət daşımır. 
    Xəbərdə adları çəkilən hər kəsin söz haqqını tanıyırıq.
    PAYLAŞ:

    Oxşar xəbərlər