Milli Məclisin növbəti plenar iclası keçiriləcək - gündəmdə 21 məsələ var

Milli Məclisin növbəti plenar iclası keçiriləcək - gündəmdə 21 məsələ var
  • Siyasət, Manşet

  • Deputatlar bu gün 21 məsələyə görə toplanır...

    Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

    Oxu.Az-ın məlumatına görə, parlamentin iclasının gündəliyinə 21 məsələ daxildir.

    “Məhkəmə və hakimlər haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunlara dəyişiklik birinci oxunuşda deputatların müzakirəsinə təqdim ediləcək.

    İnzibati Xətalar Məcəlləsinə, Ailə Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə dəyişiklik layihələri ikinci oxunuşda müzakirəyə çıxarılacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər