"90-AA-047" dövlət seriya nişanlı avtomobil aşdı - ölənlər və yaralananlar var

  • Manşet, Olay

  • Dünən Kürdəmirdə baş verən yol qəzasında 2 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

    Asiya.az
    xəbər verir ki, qəza zamanı 1983-cü il təvəllüdlü Bakı sakini Hüseynov Səbuhi Tahir oğlu ağır bədən xəsarətləri alıb. Qəza zamanı Bakı sakinləri – 2007-ci il təvəllüdlü Hüseynov Ayxan Səbuhi oğlu və 1983-cü il təvəllüdlü Mətləb Yusifov dünyasını dəyişib.

    Qəza zamanı xəsarət alan digər 2 nəfərin vəziyyəti normaldır.

    Qeyd edək ki, hadisə Sığırlı kəndində baş verib. “Toyota” Land Cruiser" markalı, "90-AA-047" dövlət seriya nişanlı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. (Report.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər