Asiya.az-ın xəbərinə görə, o, hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək məqsədilə qan verib.
Millət vəkili bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın bu təşəbbüs və çağırışı dünyada koronaviorus pandemiyasının geniş yayıldığı bir dövrdə olduqca önəmli və zəruridir:
“Belə çətin məqamlarda vətəndaşlar belə nəcib və humanist aksiyada iştirak etməklə, neçə-neçə həyatı xilas etmiş olacaqlar”.
Odur ki, millət vəkili koornavirus pandemiyası dövründə qaydalara uyğun olaraq, çölə çıxma icazəsi olan vətəndaşlara çağırış edib və onların bu humanist aksiyada fəal olmalarını xahiş edib.
#könüllüdonorolhəyatxilaset #qanverhəyatxilaset