Mədəniyyət naziri postuna daha bir sürpriz namizəd - İcra başcısı nazir olmaq istəyir

Mədəniyyət naziri postuna daha bir sürpriz namizəd - İcra başcısı nazir olmaq istəyir
  • Siyasət, Manşet

  • Mədəniyyət naziri Əbülfəs Qarayevin tutduğu vəzifədən azad olunmasından sonra ən çox müzakirə olunan mövzulardan biri yeni nazirin kimliyi ilə bağlıdır.

    Asiya.az
    Hokm.az-a istinadən xəbər verir ki, sosial şəbəkələr və mətbuatda mədəniyyət naziri postuna bir sıra iddialı şəxslərin adları çəkilir
    onların arasında bir sıra sənətkarların, millət vəkilləri və dövlət qurumlarının rəhbərlərinin adları var. Hokm.az-a etibarlı mənbədən daxil olan məlumata görə mədəniyyən naziri postuna açıq iddiasını ortaya qoyan şəxslərdən biri də Səbail Rayon İcra Hakimiyyəti Başcısı Vüqar Zeynalovdu.

    Vüqar Zeynalov Səbail RİH başcısı təyin olunanadək Bakı şəhər Mədəniyyət idarəsinin rəisi olduğunu əsas gətirərək nazir postuna oturmaq uğrunda ciddi mübarizəyə qoşulub. Etibarlı mənbələr Vüqar Zeynalovun şansının yüksək olmasını bildirirlər.
    PAYLAŞ:

    Oxşar xəbərlər