Onlar Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasının I kurs tələbələri olublar.
"Hər ikisi bu il birinci kursu bitirəcəkdilər. Fəttahın valideynləri işləmir, arıçılıqla məşğuldurlar. Əlinin atası və anası müəllimdir. Eyni kənddəndirlər. Valideynləri ilə danışıblar. Hələ Naxçıvandadırlar, valideynlərinə məlumat verilib, rayona gətiriləcəklər”, - o qeyd edib.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən, Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları meyitləri sudan çıxarıblar.
Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır./Modern.az