Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var - FOTO

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var - FOTO
  • Cəlilabad / Hadisə

  • Cəlilabad rayonunda yol qəzası baş verib.
    Asiya.az-ın verdiyi məlumata görə, hadisə axşam saatlarında köhnə Ələt-Astara magistralında, rayonun Alar kəndi ərazisində qeydə alınıb.
    Təzəkənd kəndi istiqamətində hərəkətdə olan "VAZ-2107" markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib və öz yolu ilə hərəkətdə olan "VAZ-2106" markalı nəqliyyat vasitəsinə çırpılıb.
    Qəza nəticəsində "VAZ-2106" markalı nəqliyyat vasitəsinin sürücüsü, Cəlilabad rayonunun Eçara kənd sakini Fərəməz Fərəcov baş nahiyyəsindən xəsarət alıb.
    Faktla bağlı araşdırma aparılır.



    PAYLAŞ:

    Oxşar xəbərlər