Rayonlara gediş-gəliş yalnız bu halda mümkündür - RƏSMİ

Rayonlara gediş-gəliş yalnız bu halda mümkündür - RƏSMİ
  • Cəmiyyət / Manşet

  • Rayonlardan Bakıya gediş-gəlişlə bağlı məhdudiyyətlər qüvvədə qalacaq.

    Asiya.az
    xəbər verir ki, bu barədə Operativ Qərargahın bu gün açıqladığı qərarda qeyd olunub:

    "Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) 2020-ci il 31 avqust saat 00:00-dək qüvvədə qalacaq".

    "Rayonlara gediş-gəliş yalnız eyzamiyyət vərəqi ilə bağlı ola bilər".

    Asiya.az
    xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

    Onun sözlərinə görə, müvafiq sənədi təqdim etməklə postlardan keçmək mümkündür.
    PAYLAŞ:

    Oxşar xəbərlər