15 yaşlı gəncəli Türkiyənin ən gözəl modeli seçildi - FOTOLAR

15 yaşlı gəncəli Türkiyənin ən gözəl modeli seçildi - FOTOLAR
  • SƏNƏT

  • Azərbaycanlı Melisa Imrak adlı gənc qız “Best model of Turkey” yarışmasında birincilik əldə edib.

    Asiya.az
    xəbər verir ki, onun 15 yaşında Türkiyənin ən gözəl qız seçilməsi müzakirələrə səbəb olub.

    “Hürriyyet”ə müsahibə verən Melisa Azərbaycan haqda da danışıb:

    “Atam İstanbuldan, anam Gəncədəndir. Burada birincilik qazandım, amma sevinə bilmədim. Çünki vətənimdə sivillər ölür. Bu mükafatı bir az onlar üçün, bir az da özüm üçün alıram. Xalamgil Gəncədə yaşayır və çox qorxurlar. Oradakı insanlar üçün pis oluram. Uşaq olanda oraya getmişdim, hazırda necə yaşadıqlarını çox yaxşı bilirəm. Gecələr zirzəmidə yatırlar. Onlara görə narahatam, inşallah, hər şey düzələcək”.

    Melisanın anası Zərnişan Babayeva isə kiçik yaşda qızının modellik etməsini tənqid edənlərə cavab verib:

    “Qızım bu yarışmaya uşaqlığından qatılmaq istəyirdi. Hər kəsə hörmət edirəm, amma biz yanlış bir şey etməmişik. Yarışma boyu hər an qızımın yanında idim. Atası ilə illər öncə ayrılmışam, amma onun da icazəsini alandan sonra qızımın yarışmaya qatılmağına izn verdim. Uşaqlar müğənni, aktrisa ola bilirsə, niyə də model olmasın? Onlarda heç bir problem olmursa, niyə model olmaq tənqid olunur? Həm də qızım gözəllik yarışmasına yox, modellik yarışmasına qatılıb. Bunu ayırd etmək lazımdır”.


    15 yaşlı gəncəli Türkiyənin ən gözəl modeli seçildi - FOTOLAR
    15 yaşlı gəncəli Türkiyənin ən gözəl modeli seçildi - FOTOLAR
    15 yaşlı gəncəli Türkiyənin ən gözəl modeli seçildi - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər