Qəbul testində səhv aşkarlandı: cavab dəyişdirildi

Qəbul testində səhv aşkarlandı: cavab dəyişdirildi Ötən gün IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə olunmuş riyaziyyat fənni üzrə 25-ci test tapşırığının etalon cavabında dəyişiklik edilib.

DİM-dən verilən məlumata görə, dəyişikliyə əsasən, uyğunluqdakı 3dc cavabı 3d cavabı ilə əvəz olunub.

Bəs bu dəyişiklik abituriyentlərin balına necə təsir edəcək?

Qaynarinfo bu barədə təhsil eksperti Kamran Əsədovun fikirlərini alıb. Ekspertin sözlərinə görə, DİM-in bu səhlənkarlığı abituriyentlərin psixoloji gərginliyinə səbəb olacaq, bəlkə də kimlərinsə keçid balı məhz o sualdan asılı olduğu üçün qəbul ola bilməyəcəklər:

Qəbul testində səhv aşkarlandı: cavab dəyişdirildi

"Təsəvvür edin ki, bir abituriyent 3 saat ərzində ali təhsil almaq üçün seçdiyi ixtisas qrupu üzrə ona təqdim olunmuş 5 fəndən 125 müxtəlif dərəcəli test tapşırıqlarına yanında heç bir köməkçi vasitə olmadan cavab tapır, amma Dövlət İmtahan Mərkəzinin hər fənn üzrə 3-4 müəllim - eksperti kifayət qədər resurslarla seçdikləri test tapşırıqlarında və onların cavabları zamanı qüsurlara yol verirlər.

Qəbul imtahanlarında iştirak edən abituriyent hansısa bir test tapşırığına səhv cavab verəndə, səhv edəndə imtahan keçirən orqan onları bağışlamır, ballarından çıxır. Lakin özləri səhv edəndə kimsə cəzalanmır.

I - IV ixtisas qrupu üzrə qəbul imtahanı 20 mayda keçirilib və 2 güdür ki, rəsmi etalon cavablar elan olunub. Onların səhlənkarlığı, səriştəsizliyi ucbatından indi hansısa bir abituriyent psixoloji gərginlik keçirib, bal hesablamasında bəlkə də keçid balı toplaya bilməyib deyə özünə fiziki əziyyət verib.

Belə məsuliyyətsizlik olmaz. Bəlkədə hansısa abituriyent əvvəlki cavabla maksimum nəticə əldə etdiyi qənaətinə gəlib, indi isə səhlənkarlıq ucbatından onda ciddi psixoloji travma ola bilər".

Ekspert bildirib ki, mayın 13-də keçirilən imtahanda da test tapşırığında qüsur var idi və adını da "diqqətdən kənarda qalıb" qoydular:

Qəbul testində səhv aşkarlandı: cavab dəyişdirildi


Rəşid bəy və Səadət xanım əsəri fransız dilində nəşr olunub. Amma Fransada yox.

Bu test tapşırığı ədəbiyyat fənnindən təqdim olunmuşdu. Belə səhvlər olur. Adını nə qoyurlar: "Diqqətdən kənarda qalıb". A kişi sizin 10-15 il və daha çox illərlə təcrübəsi olan, o ixtisas üzrə müəllim, repititor olan ekspertiniz düzgün sualı seçə bilmir, 17 yaşlı uşaq, 5 fəndən 3 saata nə etsin?
Sabah abituriyentin biri gəlib desə ki, ay DİM bu sual mənim diqqətimdən yayınıb, düzəliş edək, edərlər? Yox, əlbəttə ki".

Kamran Əsədov Təhsil Nazirliyinin imtahan fəaliyyətindən kənarda qalmasını mənfi dəyərləndirib və test tapşırığında yaranan səhvə görə cavabın dəyişdirilməsinin abituriyentlərin xeyrinə həll olunmalı olduğunu vurğulayıb:

"Təəssüf ki, Kənd Təsərrüfatı Nazirliyi qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarını nəzarətdə saxlamır. Bu olmaz. Onsuz da biz qəbul imtahanları ilə bağlı test tapşırığı və ümumiyyətlə imtahan nəticələri barədə fəaliyyəti Təhsil Nazirliyindən gözləmirik. Əlimizi üzmüşük.

Heç olmasa Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq şöbəsi, kənd təsərrüfatı məhsullarının istehsalı şöbəsi qəbul imtahanları, imtahanlarda istifadə olunmuş test tapşırıqları və digər məsələləri müzakirə etsin, nəzarətə götürsün.

Hesab edirəm ki, DİM - in fəaliyyəti nəticəsində ortaya çıxan səhv cavablar və ya dəyişdirilmiş cavablar abituriyentlərin xeyrinə həll olunmalı, bu abituriyentlər üçün doğru cavab kimi qeyd olunmalıdır".

Qeyd edək ki, cavab dəyişikliyi ilə bağlı DİM-dən açıqlama ala bilmədik. Mətbuat xidmətindən bildirdilər ki, qurumun sözçüsü məzuniyyətdədir, özləri isə bu barədə heç bir açıqlama verə bilməz.

Belə bir sual ortaya çıxır. Mətbuat nə etsin? Kənd Təsərrüfatı Nazirliyindənmi açıqlama alaq?

Oxşar xəbərlər