Azərbaycanda baş redaktor vəfat etdi

Azərbaycanda baş redaktor vəfat etdi
  • Cəmiyyət

  • Tanınmış jurnalist, “Mediapress İnformasiya Agentliyi”nin baş redaktoru Natiq Qocaman dünyasını dəyişib.

    Asiya.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bir müddətdir insultdan müalicə alan və beyin əməliyyatı keçirən jurnalist 46 yaşında vəfat edib.

    Xatırladaq ki, N.Qocaman 1 fevral tarixindən insult səbəbindən koma vəziyyətinə düşüb. Jurnalistin xanımı Könül Qocaman həyat yoldaşının müalicəsinə dəstək üçün ölkə Prezidentinə müraciət edib. Prezident Administrasiyanın şöbə müdiri Əli Həsənov ölkə başçısına bu haqda məruzə edildiyini və prezidentin jurnalistin səhhəti ilə bağlı müvafiq yardım göstərilməsi üçün tapşırıq verdiyini söyləyib. Bütün cəhdlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

    N.Qocaman 2015-ci ildə prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər