Mehman Hüseynovun azad olunacağı dəqiq tarix açıqlandı

Mehman Hüseynovun azad olunacağı dəqiq tarix açıqlandı Hazırda həbsdə olan, blogger Mehman Hüseynovun azadlığa çıxacağı dəqiq gün məlum olub.

Asiya.az xəbər verir ki, "Konstitusiya” Araşdırmalar Fondunun Prezidenti, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, Mehman Hüseynov martın 2-də azad olunacaq: "Onun cəza müddəti martın 2-də bitir və M.Hüseynov həmin gün axşam saat 18:00-a qədər azadlığa buraxılacaq”.

Əliməmməd Nuriyev bildirib ki, Mehman Hüseynovun səhhətində hər hansı problem yoxdur: "Bu məsələ bitib. Onunla bağlı hər hansı problem qalmayıb və martın 2-si o azadlığa çıxacaq".

O həmçinin deyib ki, müraciət edərsə, Mehman Hüseynovu qarşılaya bilərik.
Azər Niftiyev

Oxşar xəbərlər