Ramil Usubov Mədət Quliyevin qardaşı oğluna yüksək vəzifə verdi

Ramil Usubov Mədət Quliyevin qardaşı oğluna yüksək vəzifə verdi Daxili işlər orqanlarında yeni təyinat olub.

Asiya.az məlumat verir ki, ONA-nın xəbərinə görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Mətin Qulubəyli Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

M.Qulubəyli buna qədər Nizami RPİ-də çalışıb.

Qeyd edək ki, M.Qulubəyli Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin qardaşı oğludur.

Oxşar xəbərlər