Daşkəsəndə möhtəşəm idman festivalı keçirilib

Daşkəsəndə möhtəşəm idman festivalı keçirilib Noyabrın 7-də Daşkəsən şəhər Heydər Əliyev meydanında çoxsaylı gənclərin təşəbbüsü ilə idman festivalı keçirilib.

RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elmar Əliyevin Asiya.az-a verdiyi xəbərə görə, 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilmiş festival Daşkəsən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə reallaşıb. Festivalda yüzlərlə rayon gənci iştirak edib.

İdman festivalı dövlət himnimizin səsləndirilməsi və bayraqla estafet yürüşü ilə başlayıb. Gənclərin başları üzərində vüqarla dalğalandırdığı Azərbaycan bayraqları Daşkəsən şəhər Heydər Əliyev meydanını bəzəyib.

Festival çərçivəsində idmanın müxtəlif növlərində yarışlar keçirilib. Yunan-Roma güləşi, boks, şahmat, stolüstü tennis və digər idman növləri üzrə müxtəlif yarışlarda 160-dək daşkəsənli idmançı gücünü sınayıb.

Daşkəsən Rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov festivalda çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirdiyini bildirib. Vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində respublikamızın bütün bölgələrində olduğu kimi, Daşkəsənin də sosial-iqtisadi və mədəni həyatında davamlı inkişaf əldə edilib.
S.Həsənov dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında son dövrlər Daşkəsəndə görülən işlərdən, rayonda idmanın inkişafına təkan verən tədbirlərdən danışıb, atletlərə uğurlar arzulayıb.

Festivalda gənclər həmçinin şeirlər oxuyublar, rəqslər ediblər. Gənclərin kəndirdartma oyunu tamaşaçıların xüsusilə böyük marağına səbəb olub.

İdman festivalının iştirakçıları olan gənclər təşəbbüslərinin və ideyalarının hər zaman dəstəklənməsinə, onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Festival idmançıların nümunəvi çıxışları ilə başa çatıb.


Daşkəsəndə möhtəşəm idman festivalı keçirilib
Daşkəsəndə möhtəşəm idman festivalı keçirilib
Daşkəsəndə möhtəşəm idman festivalı keçirilib
Daşkəsəndə möhtəşəm idman festivalı keçirilib
Daşkəsəndə möhtəşəm idman festivalı keçirilib

Oxşar xəbərlər