Prodüser Təranəyə cinayət işi açıldı - Təfərrüat- Yenilənib

Prodüser Təranəyə cinayət işi açıldı - Təfərrüat- Yenilənib
  • Hadisə

  • Xəbər verdiyimiz kimi, prodüser Təranə Səmədova barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi açılıb.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, prodüserin 1 ildən çoxdur ki, ölkədən çıxışına qadağa qoyulub.

    Daha bir məqam isə ondan ibarətdir ki, prodüserin barəsində cinayət işi 144-cü (insan alveri, istismar) maddə ilə deyil, 143.1 maddəsi ilə (Fahişəliyə cəlb etmə) açılıb.

    Bu hadisə 2 ay öncə baş verib.

    Bu yerdə xatırlamaq yerinə düşər ki, bir müddət öncə müğənni Cavanşir Məmmədov bu məsələyə toxunmuş və bəzi məşhurların belə işlərlə məşğul olduğunu demişdi.

    Prodüser isə cavabında demişdi: "Cavanşir Məmmədova bu mövzuya müdaxilə etməyi, danışmağı yaraşdırmadım. Ayıbdır. Onsuz da o, geyimi ilə gündəmə gəlmək istədi, güllü köynək geyindi, pencəyinin bir qolunu kəsdirdi, alınmadı. Mən təklif edirəm ki, Cavanşir Məmmədov şalvarının bir ayağını kəsdirsin, amma belə mövzulardan danışmasın. Bu elə bir mövzudur ki, səlahiyyətli orqanların, bu işlə məşğul olan insanların mövzuya həssas yanaşmalarına təkan vermiş olur. Belə çıxır ki, sən özün qız "çıxarırsan”. Meymun baxır güzgüyə, adını qoyur özgəyə... Şou-biznes adına ləkə gətirən insanlar var. Amma Cavanşir Məmmədov niyə mövzuya toxunur, belə danışır? Bu işlə məşğul olan müğənnilər, aktyorlar var, ya da yoxdur, bilmirəm. Amma Bakı balaca şəhərdir. Elə müğənniləri İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə çağırırlar ki... Mən özlüyümdə deyirəm ki, o yetimi ora niyə çağırıblar? Elə müğənnilərimizi nahaqdan ora çağırıblar ki, mənim tüklərim biz-biz olub. Ayıbdır, bu mövzuya niyə toxunurlar, anlamıram”.

    Məlumata görə hazırda Təranə Səmədova azadlıqdadır. O ailəsi ilə yeni ili qarşılayacaq.

    Məsələ ilə bağlı Təranə Səmədova ilə əlaqə saxlasaq da telefonlara cavab verməyib.

    Xatırladaq ki, Təranə Səmədova ilə bağlı xəbəri ilk olaraq Lent.az saytı yayıb.

    ***

    Azərbaycan şou-biznesinin məşhur siması, prodüser Təranə Səmədovaya Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi açılıb.

    Asiya.az lent.az-a istinadən xəbər verir ki, prodüser təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilib.

    Ona Cinayət Məcəllsinin 144-cü (insan alveri, istismar) maddəsi ilə ittiham verilib.

    İttiham görə, Təranə Səmədova Türkiyəyə qadın apararaq onu istismar edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər