Bakıda güclü yanğın - FOTO- YENİLƏNİB

Bakıda güclü yanğın - FOTO- YENİLƏNİB
  • Olay

  • Bu gün Bakının Nəsimi rayonu ərazisində güclü yanğın hadisəsi baş verib.

    asiya.az-ın Lent.az-a istinadən məlumatına görə, yanğın saat 13: 20 radələrində paytaxtın İmran Qasımov küçəsində, "Azərbaycan" universitetinin arxasında yerləşən yarımtikililərdən birində başlayıb.

    Sakinlərin sözlərinə görə, yarımtikililərin bir hissəsi artıq yanıb. Orada xeyli sayda həyət evlərinin olduğu bildirilir.

    Yanğının başvermə səbəbi...

    İlkin məlumata görə, orada xeyli yarımtikili evlər olub ki, əhali ora zibil atırmış. Yanğın da həmin zibilxanadan başlayıb. Qısa bir zamanda ətrafı qatı durman bürüyüb. Sakinlər ilk olaraq FHN-nin 112 qaynar xəttinə zəng vuraraq yanğın barədə məlumat veriblər. Əldə etdiyimiz məlumata görə, yanğın nəticəsində ölən və yaralanan yoxdur. Sakinlər arasında yayılan şayiələrə görə, həmin ərazi hansısa tikinti şirkəti tərəfindən özəlləşdirilib. Bu şirkət insanları evlərindən köçürmək niyyətindədir. Onlar köçmək istəmədikləri üçün də qəsdən bu yanğını törədildiyi bildirilir.

    Dərsdən gələn uşaqların hıçqırtıları...

    Yanğının başlaması şagirdlərin dərsdən çıxma vaxtına təsadüf edirdi. Onlardan bəziləri evlərinin üstünü almış qatı duman və tüstünü görəndə huşlarını itiribmiş. Şagirdlər evlərinin yandığını, ailə üzvlərinin də yanan binaların içərisində qaldığını zənn ediblərmiş.

    Polkovnikin canfəşanlığı...

    Yanan damın üstündə dayanmış polkovnik yanğınsöndürmə briqadalarını istiqamətləndirir, yanar konstruksiyaların altından insanların təxliyəsi və ya geri çəkilməsi ilə bağlı göstəriş verirdi. Əllərində su şırnaqları tutmuş FHN əməkdaşlarını qatı tüstünün qalxdığı və yanğının gur olduğu yerlərə istiqamətləndirirdi.

    Dəymiş ziyan...

    Hələlik yanğın nəticəsində dəymiş ziyan barədə məlumat verilmir. Sakinlərin sözlərinə görə, istifadəsiz yarımtikililərdən başqa onlara məxsus evlərin dam örtükləri, qapı və pəncərələrin taxta konstruksiyaları artıq yararsız hala düşüb. Onlar yanğının tez bir zamanda böyüməsini evlərin “iç-içə” olması ilə əlaqələndiriblər.

    Ərazidəki digər evlər yanğından mühafizə olunub və yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

    14:00

    Paytaxtın İmran Qasımov küçəsində, "Azərbaycan" universitetinin arxasında yerləşən həyət evləri yanır.

    Lent.az saytının hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğının həcmi get-gedə böyüyür və digər evlər də təhlükə altına düşüb. Yarımtikililərin isə bir hissəsi artıq yanıb. Orada xeyli sayda həyət evlərinin olduğu bildirilir.

    Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

    İlkin məlumata görə, orada xeyli yarımtikili evlər olub ki, əhali ora zibil atırmış. Yanğın da həmin zibilxanadan başlayıb.


    Bakıda güclü yanğın - FOTO- YENİLƏNİB
    Bakıda güclü yanğın - FOTO- YENİLƏNİB
    Bakıda güclü yanğın - FOTO- YENİLƏNİB
    Bakıda güclü yanğın - FOTO- YENİLƏNİB
    Bakıda güclü yanğın - FOTO- YENİLƏNİB
    Bakıda güclü yanğın - FOTO- YENİLƏNİB
    Bakıda güclü yanğın - FOTO- YENİLƏNİB
    Bakıda güclü yanğın - FOTO- YENİLƏNİB
    PAYLAŞ:

    Oxşar xəbərlər