İlham Əliyev Rusiyaya işgüzar səfərə gedib

İlham Əliyev Rusiyaya işgüzar səfərə gedib
  • Siyasət / Manşet

  • Dekabrın 6-da Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gedib.

    Asiya.az xəbər verir ki, dövlət başçısını Sankt-Peterburq şəhərindəki Pulkova-1 hava limanında şəhərin vitse-qubernatoru Nikolay Bondarenko, xarici əlaqələr komitəsinin nazir statuslu sədri Yevgeniy Qriqoryev və digər rəsmi şəxslər qarşılayıblar.

    ***

    Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə birlikdə “Şelkunçik” baletinə tamaşa ediblər.

    Oxu.Az “Moskva-Baku” portalına istinadən xəbər verir ki, MDB dövlət başçılarının sammiti yekunlaşdıqdan sonra liderlər “Mariya” teatrında “Şelkunçik” baletini izləməyə dəvət ediliblər.

    Prezidentlər baletdən öncə zalda əyləşərək, qızğın söhbət ediblər.

    İlham Əliyev Rusiyaya işgüzar səfərə gedib
    İlham Əliyev Rusiyaya işgüzar səfərə gedib
    İlham Əliyev Rusiyaya işgüzar səfərə gedib
    İlham Əliyev Rusiyaya işgüzar səfərə gedib
    PAYLAŞ:

    Oxşar xəbərlər