Narkotiklə tutulan baş redaktor məhkəmə qarşısında

Narkotiklə tutulan baş redaktor məhkəmə qarşısında
  • Cəmiyyət

  • Bakıda narkotik alveri ilə məşğul olduğu üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanılan baş redaktor Şəfəq Ağabalayeva (Ağacan) bu gün məhkəmə qarşısına çıxarılacaq.

    Asiya.az xəbər verir ki, bu barədə onun “Facebook” səhifəsində yazılıb.

    Ş.Ağacanın adından yazılan məlumatda qeyd olunub ki, proses Xətai Rayon Məhkəməsində baş tutacaq.

    Bundan başqa, Ş.Ağacana böhtan atıldığı iddia olunur.

    Xatırladaq ki, Ş.Ağabalayeva Bakupress.az saytının təsisçisi və baş redaktorudur. O, Nərimanov rayonunda narkotik maddə olan marixuananı satarkən yaxalanıb. Onun üzərindən bükülmüş halda narkotik maddə aşkar edilərək götürüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər