Vanqanın illər əvvəlki koronavirus öncəgörməsi- VİDEO

Vanqanın illər əvvəlki koronavirus öncəgörməsi- VİDEO
  • Maraqlı / Asiya TV

  • Bolqar idmançı Neşka Stefanova Robeva məşhur kahin Vanqa ilə bağlı maraqlı iddia ilə çıxış edib.

    Asiya.az
    xəbər verir ki, tarixin ən böyük görücülərindən olan Vanqanın illər əvvəl koronavirus haqqında dedikləri ortaya çıxıb.

    Ölümündən əvvəl Vanqa ilə görüşən Neşka Stefanova Robeva bu sözləri eşitdiyini bildirib: "Neşka, korona hamımızın üzərindədir".
    73 yaşlı Robeva həmin vaxt bu sözləri başa düşmədiyini söyləyir:

    "O zaman mən nə demək istədiyini başa düşə bilmədim. Çünki korona sözü Bolqarıstanda qorunma və Rusiyanın ölkədəki hökmranlığını ifadə edirdi. Düşündüm ki, o, bütün ölkənin Rusiyanın himayəsində olacağını söyləmək istəyir. İndi vəziyyəti daha yaxşı başa düşürəm".

    Vanqanın vəfat etməzdən bir müddət əvvəl 2020 illə bağlı proqnozlar verdiyi bildirilir.

    Vanqa indiyə qədər 11 Sentyabr hücumları, Şahzadə Diananın ölümü, Ərəb Baharı, İŞİD və Brexit kimi bir çox mövzuda proqnozlar verib.

    BAKU.WS

    PAYLAŞ:

    Oxşar xəbərlər