Qənirə Paşayeva Aliment Fondunun yaradılmasını təklif etdi - VİDEO

Qənirə Paşayeva Aliment Fondunun yaradılmasını təklif etdi - VİDEO
  • Cəmiyyət / Asiya TV

  • Millət vəkili Qənirə Paşayeva bu gün MM-da Aliment Fondunun yaradılması təklifini səsləndirib və bu yüzlərlə uşağın çətin vəziyyətdən xilas edilməsi yoludur deyib.

    Asiya.az
    xəbər verir ki, Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisin iclasında məhkəmənin qərarı ilə aliment almaq hüququna malik yüzlərlə qadının üzləşdiyi problemləri qaldırıb.

    Q.Paşayeva hər gün övladları ilə çətin vəziyyətdə qalmış analar tərəfindən xeyli sayda məktub və müraciətlər aldığını bildirib:

    “Hər ay aliment almaqda çətinlik çəkən və bu səbəbdən övladlarını böyütməkdə ciddi çətinliklərlə üzləşdiyini deyən qadınların müraciətlərini dinləyirik. Bu gün məhkəmə qərarlarının icrası sahəsində də ən ciddi problemlərdən biri məhz alimentlərin ödənilməsi məsələsi ilə bağlıdır. Bu səbəbdən uşağın saxlanılması üçün məhkəmə tərəfindən təyin edilən alimentin ödənilməsi məqsədilə dövlət tərəfindən maliyyələşən xüsusi Aliment Fondunun yaradılmasına böyük ehtiyac var. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2019-cu il üzrə məruzəsində qeyd olunan önəmli təkliflər içərində Aliment Fondunun yaradılması təklifinin də xüsusi yer tutduğunu vurğulayan Q.Paşayeva bildirib ki, belə bir fondun yaradılması aliment problemi səbəbindən yüzlərlə çətin vəziyyətdə böyüyən uşaqlar üçün xüsusilə çox önəmlidir və bu məsələyə baxılması ilə bağlı müvafiq dövlət qurumlarına xahiş müraciəti edirik” deyib.

    PAYLAŞ:

    Oxşar xəbərlər