İqbal Ağazadə Prezidentə və vitse-prezidentə müraciət etdi-VİDEO

İqbal Ağazadə Prezidentə və vitse-prezidentə müraciət etdi-VİDEO
  • Siyasət / Asiya TV

  • İqbal Ağazadə Prezidentə və vitse-prezidentə müraciət edib. Partiya sədri o cümlədən, ictimai-siyasi xadimlərə, yazıçılara, şairlərə, sənət adamlarına da səslənib.

    Asiya.az
    xəbər verir ki, Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə bu il Şuşanın əsasının qoyulmasının 270 illiyinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə, vitse-prezidentinə müraciət edib. Partiya sədri təklif edib ki, Şuşanın 270 illiyi təntənəli keçirilsin və bu, bütün ölkə boyu təşkil olunsun: "Şuşanın əsası 1750-51-ci illərdə Pənahəli xan tərəfidən qoyulub. Baxmayaraq ki, bəzi mənbələrdə ermənilər Şuşanın əsasının guya daha əvvəl, 1428-ci ildə qoyulduğunu iddia edirlər, bu yanlışdır. Çox istərdim ki, bu məsələlərə xüsusi diqqət ayrılsın və Şuşanın 270 illiyinin keçirilməsi üçün xüsusi sərəncam verilsin. Bunun üçün Mədəniyyət Nazirliyinə müraciət olunmalı, ziyalılarımız prezidentə müraciət etməlidir. Ola bilsin ki, bu, tək mənim müraciətimlə olmaya da bilər, buradan ictimai-siyasi xadimlərimizə, yazıçılarımıza, şairlərimizə, sənət adamlarımıza müraciət edirəm ki, onlar da bu addımı dəstəkləsinlər, prezidentə müraciət etsinlər və Şuşanın 270 illiyinin keçirilməsi tarixə düşsün, sənədli filmlər də çəkilsin ki, o şəhərin məhz yaranışından işğalınadək yalnız bizə məxsus olduğunu, Azərbaycan şəhərsalma mədəniyyətinin, söz mədəniyyətinin, sənət mədəniyyətinin bir parçası olduğunu bir daha dünyaya sübut edək".

    PAYLAŞ:

    Oxşar xəbərlər