Məleykə Abbaszadənin qızı vəfat etdi - SƏBƏB (FOTOLAR)

Məleykə Abbaszadənin qızı vəfat etdi - SƏBƏB (FOTOLAR)
  • Cəmiyyət / Manşet

  • Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə ağır itki üz verib.

    Asiya.az
    xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun 44 yaşlı qızı Nigar Abbaszadə qəfil ürəktutmadan vəfat edib.

    Hadisə ailənin Şamaxının Çuxuryurd kəndində yerləşən evində baş verib. İlkin məlumata görə, DİM sədrinin qızı qəflətən ürəktutmadan dünyasını dəyişib.

    Hazırda nəşin Bakıya aparılması ilə əlaqədar hazırlıq işləri gedir.

    Asiya.az-ın əldə etdiyi məlumata görə N.Abbaszadə Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru olub. O, 2016-cı ildən bu vəzifəni icra edib.

    Daha əvvəl isə N.Abbaszadə Müəllimlər İnstitutunda prorektor vəzifəsində çalışıb. N.Abbaszadə təhsillə bağlı bir sıra layihələr icra edib.

    Artıq çəkidən əziyyət çəkən Nigar Abbaszadənin səhhəti ilə bağlı problemləri olub. Mərhum ailəli imiş, onun 7 yaşlı oğlu və ondan yaşca kiçik qızı var.

    Məleykə Abbaszadənin qızı vəfat etdi - SƏBƏB (FOTOLAR)
    Məleykə Abbaszadənin qızı vəfat etdi - SƏBƏB (FOTOLAR)
    PAYLAŞ:

    Oxşar xəbərlər