Astarada "Sağlam gələcək naminə narkomaniyaya yox deyək!" mövzusunda görüş keçirilib

Astarada "Sağlam gələcək naminə narkomaniyaya yox deyək!" mövzusunda görüş keçirilib
  • Astara / Sosial

  • Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Siyaku kənd tam orta məktəbinda "Sağlam gələcək naminə narkomaniyaya yox deyək!" mövzusunda məktəblilərlə görüş keçirilib.

    Asiya.az xəbər verir ki, çıxışlarda narkotiklərlə bağlı cinayət hadisələrinin dinamikası və profilaktikasından danışılıb, maarifləndirmə, izahat və hüquqi təbliğat məsələlərinin daim diqqət mərkəzində saxlanıldığı bildirilib. Eyni zamanda məktəblilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar mövzusunda geniş məlumatlar verilib, onların sualları ətraflı şəkildə cavablandırılıb.


    PAYLAŞ:

    Oxşar xəbərlər