Millimiz Kiprdən qələbə ilə dönür

Millimiz Kiprdən qələbə ilə dönür
  • İdman

  • Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti matçına çıxıb.

    Asiya.az
    xəbər verir ki, millimiz Nikosiyada Kipr yığması ilə üz-üzə gəlib.

    Oyuna fəal başlayan yığmamız 29-cu dəqiqədə hesabı açıb. Maksim Medvedev millimizi hesabda önə keçirib. Bu, oyunda yeganə qol olub və Canni de Byazinin komandası Kiprdə 3 xalı qazanan tərəf olub.

    UEFA Millətlər Liqası

    C liqası, I qrup

    8 sentyabr

    22:45. Kipr - Azərbaycan - 0:1

    Qol: Maksim Medvedev. 29

    Hakimlər: Filip Qlova, Peter Bednar, Frantişek Ferenç, Boris Marhefka

    Nikosiya. GSP stadionu

    Qeyd edək ki, qrupun digər görüşündə Monteneqro Lüksemburqun qonağı olacaq.

    Kipr: 12. Çaralambos Kiriakides, 2. Andreas Karo, 5. Valentinos Sielis, 6. Çaris Kiriaku, 9. Dimitris Kristofi, 10. Pieros Sotirou, 13. Yannis Kusulos, 19. Konstantinos Laifis, 20. Qriqoris Kastanos, 21. Marinos Tzioni, 23. Yannis Pittas

    Ehtiyat oyunçular: 1. Tasos Kissas, 22. Neofitos Mixael, 3. Kristos Veeler, 4. Nikolas Yannu, 14. Kipros Kristoforu, 7. Giorqos Efrem, 8. Çaralampos Kiriaku, 11. Andreas Avraam, 16. Matiya Spolyariç, 18. Aleksander Qoqiç, 15. Marios Elia, 17. Laizos Laizu

    Azərbaycan: 1. Emil Balayev, 15. Bədavi Hüseynov, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev, 19. Təmkin Xəlilzadə, 18. Anton Krivotsyuk, 13. Abbas Hüseynov, 2. Qara Qarayev, 16. Elvin Camalov, 22. Rəhim Sadıxov, 11. Ramil Şeydayev

    Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədliyev, 23. Mehdi Cənnətov, 3. Şəhriyar Əliyev, 14. Elvin Bədəlov, 21. Amin Seydiyev, 3. Coşqun Diniyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 6. Namiq Ələsgərov, 20. İsmayıl İbrahimli, 9. Renat Dadaşov
    PAYLAŞ:

    Oxşar xəbərlər