Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyatın işi bərpa olundu

Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyatın işi bərpa olundu
  • Sosial

  • Bu gündən Bakı metrosu, habelə paytaxtda, Sumqayıtda, Abşeron rayonunda şəhərdaxili sərnişindaşıma ilə məşğul olan avtobuslar fəaliyyətini bərpa edib.

    Asiya.az
    -ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

    Qərara əsasən, 26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın fəaliyyəti dayandırılmışdı.

    Qeyd edək ki, ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.

    Nazirlər Kabinetinin qərarına əsasən sərtləşdirilmiş xüsusi karantin rejiminin yalnız Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunda 2020-ci ilin sentyabrın 30-dək tətbiqi nəzərdə tutulub.

    Şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması sentyabrın 30-dək tətbiq ediləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər