10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkindən XƏBƏR VAR

10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkindən XƏBƏR VAR
  • Hadisə

  • Nəsimi Rayon Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən kənd sakini İlkin Süleymanovun barəsində seçilmiş həbs-qətimkan tədbirin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

    Asiya.az
    xəbər verir ki, bu barədə APA-ya təqsirləndirilən şəxsin vəkili Əlibaba Rzayev məlumat verib.

    O bildirib ki, hakim Solmaz Mustafayeva sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin olunub və İlkin Süleymanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 1 ay 13 gün artırılıb.

    Qeyd edək ki, ötən il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək, yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

    Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

    İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər