Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılov Siyəzəndə dəfn olunub

Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılov Siyəzəndə dəfn olunub
  • Cəmiyyət

  • Qvineya körfəzində Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi doğulduğu Siyəzən rayonuna gətirilib.

    APA-nın şimal bürosunun verdiyi məlumata görə, mərhum rayonun Qozağacı kənd qəbristanlığlında torpağa tapşırılıb.

    Qeyd edək ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.

    Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs Siyəzən rayon sakini 45 yaşlı mühəndis Fərman İsmayılovdur.
    Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılov Siyəzəndə dəfn olunub
    Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılov Siyəzəndə dəfn olunub
    PAYLAŞ:

    Oxşar xəbərlər