Yardımlıda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması davam edir - FOTO

Yardımlıda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması davam edir - FOTO
  • Sosial

  • Yardımlı rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam edir.

    Asiya.az
    xəbər verir ki, Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Yardımlı rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam edir.

    Əhalinin vaksinasiyasi Yardımlı Mərkəzi Rayon Xəstəxanasında həyata keçirilir.

    Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər peyvəndlənəcək. Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər