Səhiyyə naziri və TƏBİB-in İdarə Heyətinin sədri koronavirus əleyhinə peyvənd olunub

Səhiyyə naziri və TƏBİB-in İdarə Heyətinin sədri koronavirus əleyhinə peyvənd olunub
  • Cəmiyyət / Manşet

  • Səhiyyə naziri Oqtay Şirəliyev COVID-19 əleyhinə peyvənd olunub.

    Asiya.az
    -ın məlumatına görə, nazir Bakı Sağlamlıq Mərkəzində vaksinasiyadan ilk keçənlərdən olub.

    Nazirlə yanaşı, nazir müavinləri və digər rəsmi şəxslərə də koronavirus əleyhinə peyvənd vurulub.

    Bakı Sağlamlıq Mərkəzində vaksinasiyadan ilk keçənlər arasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı da olub.

    Qeyd edək ki, Azərbaycanda Çin istehsalı olan "CoronaVAC" vaksini ilə peyvəndlənmə həyata keçirilir.
    Səhiyyə naziri və TƏBİB-in İdarə Heyətinin sədri koronavirus əleyhinə peyvənd olunub
    PAYLAŞ:

    Oxşar xəbərlər