Asiya.az xəbər verir ki, keçmiş spikerin Qubada, Qəçrəş yolunun üstündəki daha bir villası aşkarlanıb. “Peykdən dəbdəbəli görünməsə də bura Oqtay Əsədovun istirahət üçün sevdiyi məkandır.
(https://www.google.com/maps/place/Quba,+Azerbaijan/@41.3599594,48.4855252,332m/data=!3m1!1e3!4m5!3m4!1s0x403795fdd1d1104f:0x4d72ce05a0c9228d!8m2!3d41.3643024!4d48.5260928)”.
O qeyd edir ki, Şüvəlan, Novxanı və Sulutəpədəki villalarından fərqli olaraq, Qubadakı mülkün hovuzu, tennis kortu yoxdur, amma unikal panoraması, qarşısında 1 hektar özəl meşəliyi, meşənin içi ilə Qudyal çayına birbaşa çıxışı var.
“Oqtay Əsədov bu villanı vaxtilə Qubanın su təchizatı üçün ayrılmış puldan çırpışdırıb tikib.
Elə bu gün də Qubadakı 5 hektardan artıq alça bağlarını da suvarmaq üçün sudan oğurlayır, yəni pulsuz istifadə edir”.
Həsənli yazır ki, Məclis-i Məbusanın və “Azərsu”yun keçmiş rəhbərinin pulsuz suvarılan daha bir böyük bağı Maştağa – Buzovna yolunun üstündədir.
(https://www.google.com/maps/place/Buzovna,+Azerbaijan/@40.5251283,50.0816671,169m/data=!3m1!1e3!4m5!3m4!1s0x4030f58bd9bc65ab:0xff22cc1a3472d6cf!8m2!3d40.5152444!4d50.0969652). “Bura 4 hektarlıq badam bağıdır. Vaxtilə badam sovxozu olub, qanunsuz ələ keçirib. Orda parnik də saldırıbmış, parnik tikən ustaları MTN-lə hədələyərək pullarını verməkdən belə imtina edib”.