Gömrük şefi Səfər Mehdiyevin şifarişi ilə həbs edilmiş vətəndaş Natiq İmanov ölümlə üz -üzə qalıb – VİDEO

Gömrük şefi Səfər Mehdiyevin şifarişi ilə həbs edilmiş vətəndaş Natiq İmanov ölümlə üz -üzə qalıb – VİDEO
  • Cəmiyyət / Manşet / Asiya TV

  • Vətəndaş İmanov Natiq Tofiq oğlu redaksiyamıza müraciət edib. O hazırda qanunsuz və sifarişli məhkəmə qərarlarına etiraz olaraq saxlanıldığı Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə müəssisəsində aclıq aksiaysı keçirtdiyini bildirib. Vətəndaş 11 gündür ki, aclıq aksiyasına başlayıb və aprel ayının 7 – sində Ali Məhkəmədə baş tutacaq məhkəmə prosesində ədalətli qərarın qəbul olunacağına inanmadığı bildirir. Sağlamlıq durumu ağır olan Natiq aclıq aksiyasını sona qədər davam etdirəcəyini qeyd edir.

    Xatırladaq ki, İmanov Natiq Tofiq oğlu Dövlət Kömrük Komitəsinin Mərkəzi aparatında on iki il xüsusi xidmət göstərib.

    Komitə sədri Səfər Mehdiyevin 2018-ci il 6 sentyabr tarixində kadr islahatı zamanı Maliyyə şöbəsinin rəisi vəzifəsinə təyin olunub. Lakin beş gün sonra Gömrük əməkdaşlarının təhrikedici, qanunazidd və qərəzli hərəkətləri nəticəsində Natiq İmanovun xidmətinə xitam verilib və Səfər Mehdiyevin sifarişi ilə ona rüşvət damğası vurulub. Çox keçmədən Natiqi məhkəmənin hökmü ilə həbs edirlər və o azadlıqdan məhrum edilir.

    İki azyaşlı uşağı olan Natiq İmanov ölkə başçısına müraciətində qeyd edir ki, ona qarşı başlanılmış bu qərəzli kampaniya Dövlət Gömrük Komitəsində əsl rüşvətxorların ifşa olunmasının qarşısını almış və o, qanunsuz olaraq həbs olunmuşdur. Ölkə başçısına müraciət edən vətəndaş Gömrük Komitəsi rəhbərliyinin sifarişi ilə həbs olunduğunu və növbəti məhkəmə prosesində barəsində ədalətli qərarın qəbul edilməsinə göstəriş verilməsini xahiş edir.

    Reallıq TV Natiq İmanovun müraciətinə qoşulur və rüşvətxorların tezliklə ifşa olunmasının vacib olduğunu qeyd edir. Ümid edək ki, Dövlət Gömrük Komitəsinin rüşvət ocağına çevirənlər və rüşvətxorları himayə edən Səfər Mehdiyevin əməllərinə hüquqi qiymət veriləcək və Natiq İmanovun pozulmuş hüquqları bərpa ediləcəkdir. Sonda qeyd edək ki, Ombudsman Aparatının əməkdaşları altı saylı Cəzaçəkmə Müəssisəsində Natiq İmanovla görüşüblər və onlar Ali məhkəmədən işə ədalətli baxılmasını xahiş ediblər.

    Natiq İmanovun işi ilə bağlı məhkəmə proseslərinə hakim İlqar Qılıcov sədrlik edəcək.

    Biz mövzunu diqqətdə saxlayırıq.
    PAYLAŞ:

    Oxşar xəbərlər