Kreml Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bu gün keçiriləcək görüşü barədə məlumat yayıb

Kreml Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bu gün keçiriləcək görüşü barədə məlumat yayıb
  • Siyasət / Manşet

  • Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında hərbi əməliyyatların dayandırılmasına və atəşkəsə dair razılığın imzalanmasının bir illiyinə həsr olunan görüş noyabrın 26-da Soçidə baş tutacaq. Görüş V.Putinin təşəbbüsü ilə reallaşacaq.

    Asiya.az
    -ın xəbərinə görə bu barədə “TASS” agentliyi Kremlin mətbuat xidmətinə istinadla məlumat yayıb.

    Kremldən bildirilib ki, görüşdə tərəflər 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanmış razılaşmaların icrasının vəziyyətini müzakirə edəcəklər.
    Eyni zamanda, regionda sabitliyin möhkəmlənməsi üçün növbəti addımlar da müzakirə ediləcək. Tərəflər həmçinin regionda ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına da xüsusi diqqət yetirəcəklər.
    Xəbərdə həmçinin V.Putinin İ.Əliyev və N.Paşinyanla təkbətək görüşəcəyi də bildirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər