Eldar Əzizov və Rafael Mehralıyev ofşor şirkətlər vasitəsilə büdcəni talayır - FAKT

Eldar Əzizov və Rafael Mehralıyev ofşor şirkətlər vasitəsilə büdcəni talayır - FAKT
  • Araşdırma / İqtisadiyyat

  • Bakı Şəhər İcra Hakimiyyətinin MƏNZİL-KOMMUNAL TƏSƏRRÜFATI DEPARTAMENTİ 02.12.2021-ci il tarixdə 44 ədəd Kommunal təyinatlı maşın və mexanizmlərin satınalınması üzrə təkliflər sorğusu elan etmişdir. 16.12.2021-ci il tarixədək təkliflər qəbul edilmiş və 17.12.2021-ci il tarixdə isə təklif konvertləri açılmışdır. İddiaçıların verdik təklif qiymətləri aşağıdakı cədvəldə öz əksini tapmışdır.


    Dövlət satınalmalar portalında 27.12.2021-ci il tarixdə həmin təkliflər sorğusunun qalibi 18 745 000 ₼ məbləğlə Multi Supply Park LLC elan edilmişdir. Yuxarıda cədvəldən göründüyü kimi, qalib elan edilən şirkət ən aşağı təklif vermiş 1-ci şirkətdən (Grand Motors MMC) 7.8 milyon, 2-ci şirkətdən isə 7,1 milyon manat daha çox məbləğlə qalib elan edilmişdir. Aşağı təklfi verən şirkətlər sünu olaraq kənarlaşdırılaraq, qalib Rafael Mehralıyevə məxsus ofşor şirkət elan edilmişdir.



    Multi Supply Park LLC – Gürcüstan Ədliyyə Nazirliyini hüquqi şəxslər reyestrindən 412744133 (Dövlət satınalmar portalında VÖEN kimi qeyd edilmişdir) identifikasiya nömrəsilə axtarış etsək aşağıda göstərilən sənədi tapırıq.  

    B21125605 (napr.gov.ge)

    Sənəddə qeyd edildiyi kimi Multi Supply Park LLC Gürcüstanda Azad İqtisadi Zonada qeydiyyatdan keçmiş ofşor şirkətdir. Qeydiyyat sənədlərinə əsasən şirkətin sahibi və direktoru Samir İbadullayev adlı şəxsdir. Mənzil Kommunal Təsərrüfat Departamentinin işçilərinin bildirdiklərinə görə bu Şirkətin faktiki sahibi Rafael Mehralıyevdir. Samir İbadullayev isə Rafael Mehralıyevin yaxın adamıdır. Rafael Mehralıyev Samir İbadullayev adına olan şirkətlər vasitəsilə tez tez pul nəğləşdirmə əməliyyatları edir.  

     

    Şirkətlə bağlı digər bütün sənədləri isə növbəti səhifədən əldə etmək olar.

    Registry of entrepreneurial and non-entrepreneurial (non-commercial) legal entities (reestri.gov.ge)

    Dövlət satınalmalar saytında nəzər yetirsək görərik ki 2020 və 2021-ci illərdə Bakı Şəhər Mənzil kommunal departamentinin müxtəlif qurumları  "AZ-TEX-IMPORT" MMC-dən (VÖEN 2004502101) 4 milyon manatda yuxarı məbləğdə Nəqliyyat və xüsusi texnikaların satınalınmasına dair 5 müqavilə imzalamışdır.


    İQTİSADİYYAT NAZİRLİYİ YANINDA DÖVLƏT VERGİ XİDMƏTİ saytından məlum olur ki, elə həmin AZ-TEX-IMPORT MMC-nində qanuni təmsilçisi Rəfael Mehralıyevin yaxın adamı Samir İbadullayevdir. 
    PAYLAŞ:

    Oxşar xəbərlər