​DÖVLƏT ƏMLAKINI TALAYANLAR “AZƏRİŞIQ” ASC-DƏ YÜKSƏK VƏZİFƏLƏRƏ GƏTİRİLİB – “Sakit Baxışov, Xalid Təhməzov, Çingiz İbadov, Mahir Novruzov…”

​DÖVLƏT ƏMLAKINI TALAYANLAR “AZƏRİŞIQ” ASC-DƏ YÜKSƏK VƏZİFƏLƏRƏ GƏTİRİLİB – “Sakit Baxışov, Xalid Təhməzov, Çingiz İbadov, Mahir Novruzov…”
  • Siyasət / Araşdırma

  • Sumqayıt şəhəri, 21-ci mikrorayon, ev 390-da yaşayan Mustafayev Zaur Baba oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

    “Keçmiş İqtisadi İnkişaf Nazirliyində sektor müdiri işləyərkən yol verdiyi qanunsuzluqlara görə, AR CM-nin 308.2 (dövlət satınalmalarını qanunsuz keçirmə), 311.3.1 (mütəşəkkil dəstə ilə rüşvətalma), 311.3.2 (təkrar rüşvətalma), 311.3.3-cü (külli miqdrada rüşvətalma) maddələrilə təsirlli bilinərək Ağır Cinayətlər üzrə Məhkəmənin hökmü ilə 1 il şərti cəza almış Sakit Baxışov hazırda “Azərişıq” ASC-nin İşlər İdarəsinin rəisidir. O, AR Qanunlarına, ƏM-nin tələblərinə, cənab Prezidentin göstəriş və tövsiyələrinə məhəl qoymur. Bu şəxsin “sayəsində” “Azərişıq” ASC-də haqsızlıq, sosial-ədalətsizlik hökm sürür. Ali təhsilə baxan yoxdur. Ştatları orta təhsillilər, pensiyaçılar zəbt edib, yüksək maaş alırlar. “Fəaliyyəti” və ya fəaliyyətsizliyi ilə böyük narazılıqlar yaradan S.Baxışov, görünür, yaxın keçmişindən “dərs” almayıb.

    AR CM-nin 179.3.1, (mütəşəkkil dəstə ilə mənimsəmə), 179.3.2 (külli miqdrada mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təsirli bilinərək Ağır Cinayətlər üzrə Məhkəmənin hökmü ilə 9 il həbs cəzası almış, İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakı Nazirliyinin departamentinin sabiq direktoru Çingiz İbadov da “Azərişıq” ASC-də idarə rəisinin müavinidir. Ç.İbadov Barmek AEŞ MMC-nin faəliyyəti dövründə də cinayət məsuliyyətinə cəlb edilib. Mahir Novruzov da eynilə.
    Respublika Hərbi Prokurorluğunda idarə rəisi kimi həmin strukturun fəaliyyətinə rəhbərliyi zəruri tələblər səviyyəsində təşkil edə bilmədiyinə, xidməti və icra intizamının pozuntusu hallarına yol verdiyinə, aşkar qanunsuzluqlar və nöqsanların  aradan qaldırılması üçün tədbirlər görmədiyinə görə, Baş Prokurorluğun əmrilə vəzifədən azad edilən Xalid Təhməzov hazırda ASC sədri Vüqar Əhmədovun müşaviridir.

    Vaxtilə mütəşəkkil dəstə ilə külli miqdarda rüşvətalma, vəzifə saxtakarlığı etməklə dövlət başçımıza xəyanət edənlərin (Sakit Baxışov, Xalid Təhməzov, Çingiz İbadov, Mahir Novruzov və s.) “Azərişıq” ASC-də rəhbər vəzifələrdə təmsil olunmalarına sədr Vüqar Əhmədov nə üçün “göz yumur”?

    Mən ali təhsilli iqtisadçıyam. “AzərEnerji” ASC dövründə (2006-2015) ixtisasıma uyğun aparıcı iqtisadçı işləmişəm. “Azərişıq” ASC gələndən ştatda iqtisadçı vəzifəsi olmadığından, gələcəkdə ixtisasıma uyğun işlə təmin ediləməyim şərtilə aşağı maaşla nəzarətçi-mühəndis vəzifəsinə keçirildim. Uzun müddətdir ki, səhhətimdə yaranan problemlərlə bağlı müalicə alıram. Səhhətim nəzarətçi-mühəndis işləməyə yol vermir. Ailəliyəm, 2 övladım var. Xərçəng xəstəsi olan anam da mənim himayəmdədir. Ali təhsilli iqtisadçı olmağıma baxmayaraq orta məktəbi bitirənlər mühasib vəzifəsində oturub, ştatımı zəbt edib məndən 2 dəfə çox maaş (900-1000 AZN) alırlar. S.Baxışov mənə deyir ki, “ştatda yer yoxdur”. Lakin “Azərişıq” ASC-nin, “Şimal” RETSİ-də Sənan Abdullayev, Şahnəzər Ağayev kimi dövlətdən havayı maaş alan “ölü canlar”ı da görməzdən gəlir, bu şəxslərə himayədarlıq edilir. Sənədlə, formal işə qəbul edilən, davamiyyət kitabinda adı belə olmayan S.Abdullayevi “görən”, “tanıyan” yoxdur. Ondan fərqli olaraq davamiyyət kitabında Ş.Ağayevin adı var, imzası yoxdur(surətlərini təqdim edə bilərəm). Məlumatıma görə, bu Sənan Abdullayev xaricdə olduğu vaxtlarda ona iş günləri yazılıb. İdarədə Sənanı taniyan, görən olmasa da bütün işçilərə qiyabi olaraq Vüqar Əhmədovun qohumu kimi tanıdılıb. Pensiyanerlərin əlindən idarə “qocalar evi”nə dönüb. Cavan kadrlar işsiz qalır, pensiaynerlər işləyir?! S.Baxışov hara baxır?
    S.Baxışov “vətəndaşların müraciətləri haqqında” AR Prezidentinin imzaladığı Qanuna da əməl etmir. O, cənab Prezidentimizin göstərişlərindən, çıxışlarından ya xəbərsizdir, ya da onlara əməl etməmək xülyasına düşüb!

    Vüqar Əhmədova etdiyim müraciətlər baxılması üçün S.Baxıçova göndərilsə də Sakit Başışov onları cavablandırılmır. Görünür, Sakit Baxışov “cənabları” Ali Baş Komandanımızın tövsiyə etdiyi yoldan saparaq, keçmiş İqtisadi İnkişaf Nazirliyində tutduğu “yola” “sadiq” qalmaq istəyir. Yaxın keçmişdə etdiyi özbaşınalıqları indi də “Azərişıq” ASC-də yeridir.

    Xəstə olduğum müddətdə idarə mənimlə maraqlanmaq əvəzinə, müalicə edən həkimlərimə təzyiq göstərib, xəstəlik vərəqələrimi araşdırıblar. Xəstəlik vərəqələrimi imzalamaqdan imtina edib, pullarını ödəmirlər, hüquqlarımı pozurlar.
    İdarə xəstəlik vərəqələrimi araşdırmaqdansa, dövlət əmlakının mənimsənməsi, mütəşəkkil dəstə ilə külli miqdrada rüşvətalma, vəzifə saxtakarlığı, dövlət satınalmalarını qanunsuz keçirmə maddələri ilə həbs edilmiş şəxsin keçmiş fəaliyyəti ilə maraqlansınlar. Mütəşəkkil dəstə ilə külli miqdarda rüşvətalma, vəzifə saxtakarlığı etmək, zənnimcə, dövlət başçımıza və dövlətə xəyanətdir. Belələrinin nəinki “Azərişıq” ASC-də, heç bir dövlət idarəsində rəhbər vəzifədə işləməsi yolverilməzdir. Onların yerinə cənab prezidentimizin vurğuladığı kimi: “sağlam kadrlar təyin edilməlidir!”.  
    Cənab Vüqar Əhmədov bunları bilə-bilə, belələrinə etimad göstərib yüksək vəzifələrə təyin etməklə, cənab Prezidentin ona olan etimadına kölgə salır.

    Cənab Prezidentimiz 44 günlük Vətən müharibəsini zəfərlə başa vurub, dövlətimizin, xalqımızın problemlərini həll etməklə yanaşı, xarici ölkələrə və Qarabağa səfərlər edib, saatlarla xarici telekanallara müsahibə verməyə də vaxt tapır, lakin Sakit Baxışov işçinin müraciətini cavablandırmaq üçün “vaxt tapmır”?
    Çox qəribədir, yaxın keçmişi ləkəli olanlar bu gün “Azərişıq” ASC-də yüksək postlarda vəzifə tapılır, lakin ixtisasıma uyğun mənə vəzifə “tapılmır”? Bunun üçün yoxsa mən də vəzifə saxtakarlığı etmə, dövlət əmlakını talama, rüşvət alma maddələri ilə həbsdə olmalı idim?!
    Keçmiş mütəşəkkil dəstə üzvlərinin kimlərə güvəndiyi mənə maraqlı deyil. Mənim güvəndiyim göydə ALLAH, yerdə Prezidentim, Müzəffər Ali Baş Komandanım İlham Əliyevin ədaləti və Onun DƏMİR YUMRUĞUDUR!
    Külli miqdarda rüşvətalma, vəzifə saxtakarlığı, mütəşəkkil dəstə ilə mənimsəmələrə görə həbs edilənlərin “Azərişıq” ASC-də işləməyə haqqı varmı?
    Xahiş edirəm bu haqda müvafiq araşdırmalar aparılması və lazımi tədbirlər görülməsi ilə yanaşı, ixtisasıma uyğun vəzifəyə keçirilməyim üçün məndən öz köməyinizi əsirgəməyəsiniz.
    Öncədən Sizə minnətdaram”./Muxalifet.az

    Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
    PAYLAŞ:

    Oxşar xəbərlər