Odessa yaxınlığında 3 azərbaycanlını güllələyib öldürdülər - Dəhşətli hadisənin TƏFƏRRÜATI

Odessa yaxınlığında 3 azərbaycanlını güllələyib öldürdülər - Dəhşətli hadisənin TƏFƏRRÜATI
  • Manşet / Olay

  • Ötən gün gecə saatlarında Odessa şəhərindən 60 km aralıda ölkəni tərk etmək istəyən həmvətənlərimizin maşını diversiya qrupu tərəfindən atəşə tutulub.

    Asiya.az
    xəbər verir ki, bu barədə AZXEBER.COM-a açıqlamasında Odessada yaşayan tanınmış diaspor sədri Anar Ağazadə söyləyib. O,  sərhəd qoşunlarının formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar tərəfindən həmvətənlərimizin 7-8 maşından ibarət olan kalonunun atəşə tutulduğunu deyib:

    "Onların maşınlarını Pridnestrovye ilə sərhəd Kuçurqan keçid məntəqəsi yaxınlığında gülləbaran ediblər. Hadisə nəticəsində 3 həmvətənimiz dünyasını dəyişib, 4-5 yaralı var. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, günahsız insanların qanına susamış terrorçuların bəlasını versin!"
    PAYLAŞ:

    Oxşar xəbərlər