Bu şəxslər ünvanlı dövlət sosial yardımı ala bilər

Bu şəxslər ünvanlı dövlət sosial yardımı ala bilər
  • Manşet / İqtisadiyyat

  • Pay torpağı olanların hansı halda ünvanlı dövlət sosial yardımı ala biləcəyi məsələsinə aydınlıq gətirilib.

    Asiya.az-ın APA-ya istinadən məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialının direktoru Nicat İsmayılov "Sosial saat"da bildirib ki, əgər vətəndaşın pay torpaq mülkiyyəti varsa, qeydiyyata salınıbsa, həmin şəxs torpaq mülkiyyətçisi kimi qəbul olunur və onun işləməsinə ehtiyac olmur:

    "Bu zaman o, ünvanlı sosial yardım üçün müraciət edə bilər”.

    N.İsmayılovun sözlərinə görə, maddi-məişət şəraitinin yoxlanılması o baxımdan vacibdir ki, vətəndaşlar elektron qaydada məlumatlarını yerləşdirən zaman müəyyən yanlışlıqlara yol verə bilər:

    "Yalnız yerində yoxlamaqla həmin məlumatları dəqiqləşdirmək mümkün olur. Maddi-məişət şəraitinin yoxlanılması çərçivəsində ailə tərkibi, həyətyanı təsərrüfatda olan mal-qara, ev quşları və s. baxılır. Bir çox hallarda vətəndaşın mexaniki etdiyi səhvləri ilə rastlaşırıq.

    Bu zaman vətəndaşa məlumat veririk, yenidən müraciət etsin. Abonent kodunun yanlışlıqla səhv yazılması, ünvanın yanlış göstərilməsi və s. kimi texniki səhvlər ola bilər”.

    O qeyd edib ki, hər hansısa yanlışlıq olarsa, bu, imtina səbəbidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər