Məşhur Məmmədov seçicilərlə qəbul keçirdi - FOTOLAR

Məşhur Məmmədov seçicilərlə qəbul keçirdi - FOTOLAR
  • Sosial / Manşet

  • Milli Məclisin deputatı Məşhur Məmmədov Masallı şəhərində seçicilərlə növbəti dəfə qəbul keçirib. 

     

    Asiya.az xəbər verir ki, YAP Masallı rayon təşkilatının inzibati binasında keçirilən qəbulda 4 şəhid ailəsi, 4 qazi olmaqla 18 seçici iştirak edib. 

     

    Qəbulda millət vəkilinin köməkçiləri ilə yanaşı YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev iştirak edib. 

     

    Vətəndaşların əksər problemləri yerindəcə həll edilib, digər müraciətlərlə bağlı müvafiq tədbirlərin görüləcəyi nəzərə çatdırılıb. 






    PAYLAŞ:

    Oxşar xəbərlər