Asiya.az xəbər verir ki, Məşhur Məmmədov təbliğat-təşviqat kampaniyası çərçivəsində Masallı rayonun kənd-kənd gəzdikdən sonra bu gün seçicilərlə sonuncu görüşünü keçirib. Masallı Olimpiya İdman Kompleksində keçirilən görüş böyük marağa səbəb olub və izdihamla qarşılanıb.
Görüşdən öncə deputatlığa namizəd Məşhur Məmmədov xalqımızın ümummilli lideri Heydər Əliyevin Masallı rayonunun mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.
Yüzlərlə seçicinin qatıldığı tədbiri Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq YAP-ın namizədini onlara təqdim edib.
Çıxış edən ziyalılar, ağsaqqallar, elm xadimləri Yeni Azərbaycan Partiyası Məşhur Məmmədovun namizədliyini irəli sürməsi təsadüfi olmadığını deyiblər.
“Biz inanırıq və şübhə etmirik ki, 70 saylı dairənin seçiciləri 9 fevral seçkilərində ölkəmizin dünəninə, bu gününə, sabahına – Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcək”.
Deputatlığa namizəd Məşhur Məmmədov görüşün sonunda geniş nitq söyləyərək, seçiciləri daha güclü Azərbaycan naminə ona səs verməyə çağırıb.
Cəfər Cəfərov
Asiya.az