Masallıda yol qəzası

Masallıda yol qəzası
  • Manşet / Olay

  • Masallıda mikroavtobusla "VAZ" markalı minik avtomobili toqquşub. Yerli KİV-lərin verdiyi xəbərə görə, hadisə rayonun Qarğalıq kəndi ərazisində baş verib.

    Sürücülər xəsarət almasalar da, mikroavtobusda olan Qədirli kənd sakinləri 1971-ci il təvəllüdlü Salayeva İlhamə Malik qızı, 1977-ci il təvəllüdlü Camalova Südabə Frut qızı və 1980-ci il təvəllüdlü İslamova Günel Beytulla qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
    Yaralılar Təcili Tibbi Yardım xidmətinin köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər