Obyekt sahibini döyən Cəlal Qurbanov kimin oğludur?

Obyekt sahibini döyən Cəlal Qurbanov kimin oğludur?
  • Manşet / Olay

  • Yasamal rayonunda yerləşən “Pinachi” kimyəvi təmizləmə mərkəzinin sahibini döyən Cəlal Qurbanov 1995-2006-cı illərdə Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti olmuş Cavanşir Qurbanovun oğludur.

    Qaynarinfo xəbər verir ki, 74 yaşlı Cavanşir Qurbanov hazırda Yasamal rayon Ağsaqqallar Şurasının sədridir.

    Xatırladaq ki, aprelin 6-da Cəlal Qurbanov və onun bir neçə tanışı “Pinachi” kimyəvi təmizləmə mərkəzinin sahibi Fəhmin Əlizadənin üzərinə hücum edərək onu döyüblər.

    Zərərçəkmişin vəkili Hikmət Əliyev deyib ki, hazırda Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində araşdırma aparılır.

    Cəlal Qurbanov Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, “Fire Land” prodakşnın rəhbəri, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının vitse-prezidenti və Azərbaycan Milli Güləş Federasiyasının prezidentidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər