Rəşad Sadıqov: "Rəqib səhvlərimizə qarşı amansız idi"

Rəşad Sadıqov: "Rəqib səhvlərimizə qarşı amansız idi"
  • İdman

  • "Maraqlı oyun alındı, rəqib bu matçda səhvlərimizə qarşı amansız idi".

    Asiya.az
    "report"a istinadən xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Sabah"a 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın XXII tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

    40 yaşlı mütəxəssis birinci hissədə rəqibə üstünlük vermədiklərini bildirib: "Ucuz qollar buraxdıq. Futbolçulardan narazı qala bilmərəm.

    Kim səhvlərdən daha yaxşı istifadə etsə, o da qələbə qazanacaq. Çox kobud səhvlər etdik. Bunlar oyunun dəyərinə və qiymətinə yaraşmadı. Belə olanda qələbə qazanmaq müşkülə çevrilir".
    PAYLAŞ:

    Oxşar xəbərlər