Siqaret çəkənlərin sayını azaltmaq üçün şok qərar – Qiymətlər 6 qat qalxacaq

Siqaret çəkənlərin sayını azaltmaq üçün şok qərar – Qiymətlər 6 qat qalxacaq
  • İqtisadiyyat

  • Hollandiyanın səhiyyə naziri ölkədə siqaret istehlakını azaltmaq üçün radikal uzunmüddətli plan hazırlayıb.

    Asiya.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə siqaretlərin qiyməti 6 qat artırılacaq.

    Daha əvvəl siqaret çəkməyən bir nəsil istədiyini söyləyən Səhiyyə naziri Maarten van Ooijen bu qərar çərçivəsində siqaretin qiymətlərini artıracağı bildirib. Yerli mətbuatda yer alan xəbərə görə, bir qutu siqaretin qiyməti 50 dollara qədər qalxacaq. 

    Uzunmüddətli planda siqaret qiymətlərinin onlarla avro arta biləcəyi açıqlanıb, 2040-cı ildə isə bir qutu siqaretin 47 avro (təxminən 50 dollar) olacağı proqnozlaşdırılıb.

    Ölkədə aparılan araşdırmada sorğuya qatılanların 50 faizi siqaretin qiyməti artarsa, siqareti atacaqlarını bildirib. Hazırda ölkədə əhalinin 20 faizi siqaret çəkdiyi halda, hökumətin planı 2040-cı ilə qədər bu nisbəti 5 faizə endirməkdir.

    Qeyd edək ki, hazırda ölkədə bir qutu siqaretin orta qiyməti 8 avro müəyyən edildiyi halda, gələn ildən 2025-ci ilə kimi 10 avroya qədər artırılması nəzərdə tutulur. 
    Aydın
    PAYLAŞ:

    Oxşar xəbərlər