Azərbaycanın ən yaşlı vətəndaşı odur - FOTO

Azərbaycanın ən yaşlı vətəndaşı odur - FOTO
  • Maraqlı / Cəmiyyət

  • Azərbaycanın ən yaşlı vətəndaşı Nuriyeva Şərabanı Əli qızıdır. 1900-cü ildə dünyaya göz açan Ş.Nuriyeva hazırda ölkəmizin ən yaşlı seçicisidir. O, Gədəbəy rayonunun Düz Rəsullu kəndində doğulub, boya-başa çatıb.

    Asiya.az-ın Modern.az-a istinadla məlumatına görə, 122 yaşlı Ş.Nuriyeva hazırda Bakı şəhərində qızı ilə birlikdə yaşayır.

    Ölkəmizin ən yaşlı sakini iki övlad anasıdır. Oğlu 75, qızı isə 60 yaşındadır. Bundan başqa, Ş.Nuriyevanın 6 nəvəsi, 13 nəticəsi var.

    Hazırda yataq xəstəsi olan qadın qızının himayəsindədir.

    Qeyd edək ki, Nuriyeva Şərabanı Əli qızının Azərbaycanın ən yaşlı seçicisi olması barədə məlumatı Mərkəzi Seçki Komissiyası açıqlayıb.
     
    PAYLAŞ:

    Oxşar xəbərlər