Kəlbəcərdə altı nəfər minaya düşdü: Ölən və yaralananlar var - YENİLƏNİB

Kəlbəcərdə altı nəfər minaya düşdü: Ölən və yaralananlar var - YENİLƏNİB
  • Manşet / Hərb

  • 20:27
    Dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.

    Asiya.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Müdafiə nazirliyinin məlumatında bildirilib.

    Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

    Həmçinin, müəyyən olunub ki, təxliyyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə ölüb.
    Hazırda faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.
     
    19:14
    Kəlbəcər rayonunda 4 nəfər minaya düşüb.

    Bu barədə Asiya.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

    Belə ki, bu gün axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.
    "Hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər", - DİN-in məlumatında bildirilib.

    Mina partlaması nəticəsində bir nəfər ölüb. Baş verən partlayışda üç nəfər isə xəsarət alıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər